Sifariş üçün :+994552559989
  • Səbət

    0
  • 0

Haqqımızda

İnline Azerbaijan ölkəmizdə satılan istənilən marka və model su filtrlarının orijinallarının satışını və servisini həyata keçirən ilk online mağazadır.Su filtrinin evdə olan ən vacib texnikalardan biri olmağını nəzərə alaraq missiyamız su filtrini hər ailənin büdcəsi üçün əl çatan etməkdir. İnline Azerbaijan alıcıların istəklərinə və tələblərinə uyğun YALNIZ keyfiyyətli,sertifikatlaşmış və lisenziyası olan su təmizləyici avadanlıqların satışı və servisi ilə məşquldur.Əməkdaşlıq etdiyimiz zavodlar əsasən Belçika,Türkiyə,İspaniya,Estoniya,ABŞ,Polşa və Tayvan istehsalı olan su filtrlərinin distibütorluqlarıdır. Avadanlıqlar satışa gedməmişdən öncə servis mərkəzimizdə texniki baxışdan keçirilir və labaratoriyamızda filtrlərdən süzülən suyun mikrobioloji analizi həyata keçirilir.Avadanlıqlar bütün lazımı sertifikatlarla təmin olunub və İSO 9001 keyfiyyət menecmenti standartlarına cavab verir.Bundan əlavə,bizim ən böyük üstünlüklərimizdən biri də 24 saatlıq peşkəkar,operativ və müddətsiz servis xidmətimizin olmasıdır. Su təmizləmə Su filtri - suyun mexaniki,həll olunmayan hissəciklərdən, çirklərdən, xlor və onun törəmələrindən, həmçinin viruslardan, bakteriyalardan, ağır metallardan və s. təmizlənməsi üçün bir cihazıdır İçməli su əldə etmək üçün istifadə olunan məişət filtrləri şərti olaraq üç kateqoriyaya bölünür : 1.Mexaniki təmizləmə(çaydan tipli süzgəclər) 2.Orta təmizləmə-ion mübadiləsi(su yumşaltma) 3.Yüksək təmizləmə-əks osmos təmizlənməsi.Bu tip təmizləmə ən müasir və ən effektiv sayılır. Suyun təmizləmədə ən çox yayılmış sənaye üsulu xlorlaşdırmadır. Bu üsul ən ucuzdur və məyyən dərəcədə effektivdir, lakin bu növ təmizlənmədən sonra suda çoxlu sayda xlor birləşmələri qalır. Bildiyiniz kimi,su öz təbii xüsusiyyətlərinə malikdir və bu tip su təmizləmə üsulu tam effektiv sayılmır və çox hallarda xoşagəlməz qoxu və dad qalır. Ümumi şəbəkədən gələn suyun keyfiyyəti olduqca aşağı olduğundan hal hazırda su filtrləri ölkəmizdə çox aktual mövzudur və qlobal xarakter daşıyır. Nümayiş/ Kredit/Satış/ Evdən çıxmadan,çəmi bir necə toxunuşla istədiyiniz su filtrini evinizə sifariş edə bilərsiniz. Avadanlıq ən qısa zamanda peşəkar servis xidmətimizin köməyi ilə təhlükəsiz şəkildə evinizə çatdırılacaq.Avadanlıqları istər nağd,istər %-siz hissə-hissə ödəniş şərti ilə də əldə edə bilərsiniz,rəsmiləşdirmə qapınızda olacaq.Bundan əlavə “Alo filtr“ ödənişsiz konsultasiya xidməti də Sizlər üçün yaradılıb.Bu xidmətin üstünlükləri: 1.Su filtrləri ilə bağlı istədiyiniz suallarınızı telefonla verə bilərsiniz 2.Elvinizə gələn suyun test edilməyini sifariş edə bilərsiniz 3.Su filtrinin canlı təqdimatını sifariş edə bilərsiniz Zəmanət İnternet mağazamızda satılan bütün su filtrlərinə 1 il texniki zəmanət verir! Zəmanət şərtləri həmçinin,əvəz olunan kartriclərin istismar müddəti və zəmanəti məhsulun zəmanət talonunda göstərilmişdir. Məhsul tam istifadəyə yararlı olması və qüsurların olmaması həm şirkətin servis mərkəzində yoxlanılır,həm də təhvil-təslim zamanı alıcıya göstərilir.